Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Türk Ədəbiyyatı Fondunun “Türk Dünyasına Üstün Xidmət” mükafatına layiq görülməsi münasibətilə təşəkkür mesajı yayımlayıb.
Qaziler.az xəbər verir ki, deputat sözügedən mükafatın bu ildən verildiyini qeyd edib.“Məni bu mükafata layiq gördükləri üçün Türk Ədəbiyyatı Fondunun başqanı hörmətli Sərhat bəy Kabaklıya və Fondun bütün üzvlərinə, əməkdaşlarına könül dolusu təşəkkürlərimi bildirirəm. Azərbaycanla Türkiyə bir bədəndə iki candır. Ruhumuz birdir. Mən Türk Ədəbiyyatı Fondunun mükafatını da bu can və ruhla qəbul edirəm”, - Q.Paşayeva bildirib.