Qars-İğdır-Ardahan Vakfının sədri Azərbaycan xalqını təbrik edib

Qars-İğdır-Ardahan Vakfının sədri Azərbaycan xalqını təbrik edib backend

Qars-İğdır-Ardahan Vakfının İdarə Heyətinin sədri Taner Sarıçayır Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib.

Qaziler.az bildirir ki, təbrikdə deyilir:

“Sevgili azərbaycanlı qardaşlarımız, nəhayət ki, 30 ilə yaxın davam edən ayrılığa son qoyuldu. Azərbaycanın ayrılmaz parçası olan Qarabağ Azərbaycana qovuşdu. Bu zəfəri siz qardaşlarımız öz biləklərinizin gücü ilə savaşaraq qazandınız. Artıq Qarabağda can Azərbaycanın ay-ulduzlu üç rəngli bayrağı dalğalanır. Bu tarixi zəfər və şərəfli gün münasibəti ilə vakfımız adından Azərbaycan xalqını və yenilməz Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini ürəkdən təbrik edir, uğurlar diləyirəm! Qələbəmiz mübarək olsun! Qarabağ Azərbaycandır!”
Diaspora