Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla telefon danışıqları aparıb.
Qazilər.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, telefon söhbətində Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunub.Bu, Şoyqu və Akar arasında bu mövzuda bir gündə ikinci danışıqdır.
Xatırladaq ki, bu gün münaqişə zonasındakı rus sülhməramlıları Laçın dəhlizinə nəzarəti ələ alıblar.