Seyid Camal Əzimbəylidən Prezidentə təbrik məktubu

Seyid Camal Əzimbəylidən Prezidentə təbrik məktubu backend

“Müzəffər Ali Baş Komandanım, zati-alinizin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun müqəddəs Şuşa şəhərini işğaldan azad etməsi münasibətilə təmsil etdiyim Qarabağ Seyid Ocaqları adından Sizi dualarımla təbrik edirəm!”

Qaziler.az bildirir ki, bu fikirlər Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edilib. C.Əzimbəyli bildirib ki, mənəvi paytaxtımız olan qədim Şuşanın Sizin rəhbərliyinizlə işğaldan azad olunması ilahinin xalqımıza ən böyük lütfüdür: “Bu ilahi tarixi zəfəri xalqımıza yaşadan xilaskar sərkərdə və Allahın seçdiyi Qarabağın fatehi Siz oldunuz. Qarabağın simvolu olan Şuşa fəthinin reallaşması üçün qəhrəman Azərbaycan Ordusunun zəfərə çatmasında illərdir ki, zati-alinizin misilsiz xidmətləri öz bəhrəsini vermiş oldu. Ali Baş Komandan, ordu və xalq birliyi Allahın bizlərə ehsan etdiyi ən böyük mənəvi gücə çevrildi. Xalqımıza bu ilahi zəfəri yaşadan Uca Rəbbimizə sonsuz şükürlər olsun.

Torpaqlarımız uğrunda öz canını, qanını fəda edən müqəddəs şəhidlərimizin qisası qiyamətə qalmadı.

Cənab Ali Baş Komandanım, əsrlərdir ki, xalqımızın and yerinə çevrilən Qarabağ Seyid Ocaqlarının təmsilçilərinin hər birinin duaları hər an Sizinlədir. Allah bu müqqəddəs və şərəfli ilahi zəfəri zati-alinizin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusuna tamamlamağı nəsib etsin! Allah Sizi qorusun!”
Diaspora