İranın Qarabağ müharibəsində mövqeyinin dəyişməsinə səbəb nədir? - Politoloqdan açıqlama

İranın Qarabağ müharibəsində mövqeyinin dəyişməsinə səbəb nədir? - Politoloqdan açıqlama backend

Bu günlərdə İranın Ali rəhbərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatından sonra bu ölkənin prezidenti Həsən Ruhani də eyni məzmunlu bəyanat verib: “Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır”.

İranın Qarabağ müharibəsində mövqeyinin dəyişməsinə səbəb nədir?

Bizimyol.info-ya açıqlama verən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib ki, İranın Qarabağ müharibəsində mövqeyinin dəyişməsinə səbəb Azərbaycan Ordusunun işğal edilmiş əraziləri azad etməsidir.

“İkinci Qarabağ müharibəsinin getdiyi ilk günlərdə biz İranın ərazisində Ermənistana hərbi texnikanın və silah-sursatın daşındığını gördük. Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn hərbi mübarizəsində qalib gəldiyini görərək Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatlar verdilər. Ona görə ki, müharibə bitəndən sonra niyə İran Azərbaycana haqq işində dəstək olmadı sualı verilməsin.

Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatlar indiki halda bizə bizə çox lazımdır. Azərbaycan ordusu işğal edilmiş əraziləri azad edir, muxtariyət söhbəti olmayacaq. Halbuki müharibədən öncə muxtariyət söhbəti vardı. Ona görə də bizə indi beynəlxalq dəstək lazımdır ki muxtariyət söhbəti olmasın. Gec də olsa, İranın ərazi bütövlüyü ilə bağlı bəyanat verməsi bizə lazımdır”,-deyə politoloq bildirib.
Diaspora