Qardaş tatar xalqının yaşayan ən böyük ziyalılarından biri – Tatarıstanın Xalq şairi, Dövlət Mükafatı laureatı, uzun illər Tatarıstan Dövlət Şurasının deputatı, Komitə sədri və Rəyasət heyətinin üzvü olmuş Razil Vəliyev Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan yeni xilaskarlıq hərəkatı ilə bağlı ürək sözlərini Azərbaycanlı dostları ilə bölüşüb.
Qaziler.az bildirir ki, bununla bağlı Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat verib:Görkəmli Xalq şairinin ürək sözlərini oxucularla paylaşırıq:Son aylarda Qarabağdakı qanlı hadisələri narahatlıqla izləyirik. Azərbaycan xalqı bizim qardaş, xalqımızdır, bizi doğma qanımız birləşdirir. Bizi Sizin uğurlarınıza və qələbələrinizə sevinirik, Siz kədərlənəndə Sizinlə birgə qayğılanırıq.Azərbaycan bu gün dövlətinin suverenliyi, Vətəninin bölünməz torpaqları uğrunda ədalətli mübarizə aparır. Ədalət qalib gəlməlidir! Biz bütöv Vətən üçün həlak olan qəhrəmanların ruhu qarşısında baş əyir və onların yaxınlarına, dostlarına başsağlığı veririk. Zəngin tarixə və yüksək mədəniyyətə sahib olan azərbaycanlılaradərin hörmətlə,Tatarıstanın Xalq şairi Razil VƏLİYEV
*** Мөхтәрәм Ганира Пашаева!Хөрмәтле Әкъбәр бәй Гошалы!Хөрмәтле каләмдәшләр!Кадерле Әзәрбайҗан дуслар!Без соңгы вакытта бик борчылып Карабахтагы канкойгыч вакыйгаларны күзәтәбез. Әзәрбайҗан халкы - безнең кардәш, тугандаш халкыбыз. Без сезнең уңышларыгызны, җиңүләрегезне күреп куанабыз, кайгы-хәсрәт килгәндә сезнең белән бергә кайгырабыз.Бүгенге көндә Әзәрбайҗан үз дәүләтенең бөтенлеге, үз ватанының бүленмәс җирләре өчен гадел көрәш алып бара. Ә гаделлек җиңәргә тиеш!Без Изге Ватан өчен сугышта һәлак булган каһарманнар алдында баш иябез, аларның туганнарының, дусларының олы кайгысын уртаклашабыз.Бай тарихлы, бөек мәдәниятле әзәрбайҗан халкына олы ихтирам белән,Разил ВӘЛИЕВ,Татарстанның Халык шагыйре