Qənirə Paşayeva Pakistan-Azərbaycan dostluq qrupunun rəhbərlərinə məktub yollayıb

Qənirə Paşayeva Pakistan-Azərbaycan dostluq qrupunun rəhbərlərinə məktub yollayıb backend

Millət vəkili məktublarda Azərbaycan və Pakistanın arasında münasibətlərin intensiv şəkildə inkişaf etdiyini, eləcə də Pakistanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.

"Pakistan Senatında 22 oktyabr tarixində, Milli Assambleyasında isə 28 oktyabr tarixində Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamənin qəbul edilməsi ilə əlaqədar olaraq dost və qardaş Pakistan İslam Respublikası Senatı və Milli Assambleyasında fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qrupunun rəhbərlərinə təşəkkür məktubları ünvanladım. Məktublarda Azərbaycan və Pakistanın arasında münasibətlərin intensiv şəkildə inkişaf etdiyini, eləcə də Pakistanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğuladım".

Qaziler.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili məktublarda Azərbaycan və Pakistanın arasında münasibətlərin intensiv şəkildə inkişaf etdiyini, eləcə də Pakistanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.

Conveyed my sincere appreciation to the Heads of Pakistan-Azerbaijan Friendship Group in the Senate and in the National Assembly of Pakistan regarding recently adopted Resolutions condemning the Armenian aggression in Nagorno-Karabakh region of the Republic of Azerbaijan. Underlined that Pakistan continually has been supporting the fair position of Azerbaijan in matters of concern to our people
Diaspora