Bu gün Azərbaycan Ordusu uğur qazandı – Ovannisyan

Bu gün Azərbaycan Ordusu uğur qazandı – Ovannisyan backend

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bugünkü döyüşlərlə bağlı açıqlama yayıb.

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, Ovannisyanın açıqlamasında nəhayət, Azərbaycan Ordusunun uğurunu etiraf etməsi diqqət çəkib.

O bildirib ki, bütün cəbhə xətti boyunca davam edən, amma o qədər də şiddətli olmayan döyüşlərdə Azərbaycan Ordusu “mərkəzi istiqamətdə” uğur qazanıb və mövqelər ələ keçirib.

Qeyd edək ki, bu, Ovannisyanın ilk etirafıdır. Deyəsən, düşmən artıq məğlub olduğunu elan etməyə başlayır...