Qarabağ münaqişəsinin siyasi həlli Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı bildirib.“Hazırda kəskin mərhələdə olan Qarabağ böhranının həlli hər hansı rəqabət üçün meydan olmamalıdır və ola bilməz”, - deyən Kreml rəsmisi bu istiqamətdə ABŞ-ın Rusiyadan daha çox iş görüb-görməməsinə dair suala cavab verərkən deyib.
“Minsk qrupunun həmsədri kimi Rusiya bu müharibəni dayandıracaq hər bir addımı alqışlamağa hazırdır”, - o deyib.