Siyasi baxımdan Ermənistanın baş naziri Nikol Paşinyan bitib.
Azvision.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko “Twitter” hesabında yazıb.Ekspert qeyd edib ki, Qarabağdakı hərbi məğlubiyyət ona - Paşinyana bağışlanmayacaq.
"Ermənistanın yeni baş nazirinin kim olacağı önəmlidir. Artur Vanetsyan?", - deyə Korotçenko sual edib.
Xatırladaq ki, Vanetsiyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. Paşinyanla fikir ayrılığına görə vəzifəsindən istefa verib, daha sonra "Vətən" partiyasını yaradıb.