BMT baş katibi Antonio Quterreş Gəncəyə edilən hücumu pisləyib
BMT Baş katibi Antonio Quterreş insanların yaşayış yerlərinə edilən bütün hücumları qınayır. Oktyabrın 16-da Gəncə şəhərinə olan hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslərin həyatını faciəvi şəkildə itirməsi tamamilə qəbulolunmazdır.Trend xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün Stefan Dujarrikin bəyanatında deyilir.