Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Latviyanın Baş nazirinin müavini və Müdafiə naziri Artis Pabriks arasında telefon danışığı olub.
Türkiyənin Xarici İşlər Nazirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan arasındakı son vəziyyəti müzakirə ediblər.M. Çavuşoğlu bölgədəki vəziyyət haqqında A. Pabriksi məlumatlandırıb.