Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Ermənistanın Müdafiə naziri David Tonoyanla telefon danışığı olub.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Telefon danışığı zamanı S. Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.