Bakı və İrəvan Moskvanın dəvətini qəbul edib

Bakı və İrəvan Moskvanın dəvətini qəbul edib backend

Azərbaycan və Ermənistan tərəfi Moskvada Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələrdə iştiraklarını təsdiqləyib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bakı və İrəvan Moskvadakı məsləhətləşmələrdə iştiraklarını təsdiqləyiblər. Aktiv hazırlıqlar davam edir".

Xatırladaq ki, Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə münaqişə üzrə məsləhətləşmələr aparmaq üçün bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvaya dəvət olunub.
Diaspora