Fatih Şahin: Biz Azərbaycanın haqq savaşında qalib gələcəyinə inanırıq

Fatih Şahin: Biz Azərbaycanın haqq savaşında qalib gələcəyinə inanırıq backend

Türkiyənin Azərbaycana dəstəyi dəyişməzdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının baş katibi, deputat Fatih Şahin oktyabrın 8-də Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının birgə keçirdiyi videokonfransda deyib.

Fatih Şahin bildirib ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı işğalçılardan azad etmək haqqı var. Bu yolda Türkiyə xalqı dəstəyini hər zaman ifadə edib.

“AKP və YAP olaraq sıx əlaqələrimiz var. Hesab edirəm ki, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir. Biz Azərbaycanın haqq savaşında qalib gələcəyinə inanırıq”, - deyə Fatih Şahin söyləyib.
Diaspora