Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.Nazirlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində silahlı qarşıdurma ilə bağlı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, M.Çavuşoğlu ilə S.Lavrov arasında sonuncu telefon danışığı sentyabrın 27-də olub.