Ceyhun Bayrmov Gürcüstanın baş naziri ilə görüşüb

Ceyhun Bayrmov Gürcüstanın baş naziri ilə görüşüb backend

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanın baş naziri Giorgi Qaxaria ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə ikitərəfli əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər əsas diqqəti siyasi, ticari-iqtisadi, energetika, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə ayırıblar.
Görüşdə regiondakı vəziyyətə də toxunulub. İki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb və əməkdaşlığın müxtəlif formatlarda dərinləşdirilməsi müzakirə olunub.
G.Qaxaria Gürcüstanın suerenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə azərbaycanlı nazirə minnətdarlıq edib. Qeyd olunub ki, hər iki ölkə bölgədəki münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.
Diaspora