ABŞ-ın "Vaşinqton Post" qəzeti Türkiyə ordusunun Aralıq dənizi və Suriyadakı rolundan bəhs edən analiz yazısı dərc edib.
Avropa.info xəbər verir ki, qəzet Türkiyənin qardaş Azərbaycanda hərbi baza quracağını da yazıb."Vaşinqton Post" un iddiasına görə, Azərbaycanda qurulacaq baza hərbi hava bazası olacaq.
"Türkiyə Aralıq dənizi və Suriyadakı kritik fəaliyyətləri ilə bir çox ölkələrin radarına düşüb. Ankaranın addımları bir çox ölkələri rahatsız edir. Türkiyə Osmanlı İmperiyasından bu yana ilk dəfə bölgədə gücünü artıraraq, təsir dairəsini genişlədib.
Türkiyə Liviyada Sərrac-Haftər savaşında klid rol oynadı və savaşın seyrini dəyişdirdi. Ankara, Suriya, İraq, Somali, Qətər və Balkan ölkələrində kritik addımlar atır. Aralıq dənizi və Egey də isə iddiasını ortaya qoyur. Türkiyə ordusu Suriyadakı əməliyyatlarla Birinci Dünya Müharibəsindən bu yana ən böyük hərbi əməliyyatını həyata keçirdi.
Rəsmi Ankara Türkiyə ilə qardaş olan Azərbaycanda da hərbi hava bazası qurmağı planlaşdırır. Bunun üçün işlər davam edir" - "Vaşinqton Post" belə yazır.