Tovuz təxribatı ilə bağlı Asiya Parlament Assambleyasına müraciət edildi

Tovuz təxribatı ilə bağlı Asiya Parlament Assambleyasına müraciət edildi backend

Müraciət Assambleyanın bütün üzv ölkələrinin nümayəndə heyətlərinə göndərilib.

Qaziler.az bildirir ki, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva nümayəndə heyəti adından Asiya Parlament Assambleyasına üzv ölkələrə işğalçı Ermənistanın iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar, ön cəbhə kəndlərində mülki vətəndaşları hədəfə almaları kimi vandalizm əməlləri, işğalçı Ermənistan rəhbərliyinin cinayətkar əməlləri barədə geniş məlumatların öz əksini tapdığı müraciət ünvanlayıb.

Bu müraciət artıq Asiya Parlament Assambleyası baş katibliyi vasitəsilə Assambleyanın bütün üzv ölkələrinin nümayəndə heyətlərinə göndərilib.
Diaspora