Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi tənqid edib.
Modern.az Ermənistanın “Şant” televiziyasına istinadən xəbər verir ki, o, Kiyevin natamamlıq kompleksindən əziyyət çəkdiyini düşünür.“Ukraynanın Qarabağ münaqişəsinin mahiyyətini anlamaqla bağlı kompleksləri var. Bu komplekslər münaqişənin tarixi, əhəmiyyəti və s. özünü biruzə verir. Bu baxımdan aramızda fikir ayrılığı var”.
Mnatsakanyan son 2 ildə Kiyevlə danışıqlar apardığını və Kiyevin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişdirməyə çalışdıqlarını əlavə edib.