Prezident Qarabağ həqiqətlərini dünyaya çatdıran litvalı jurnalistə orden verdi

Prezident Qarabağ həqiqətlərini dünyaya çatdıran litvalı jurnalistə orden verdi backend

Prezident İlham Əliyev litvalı jurnalist Riçardas Lapaitis "Dostluq" ordeni ilə təltif edib

22 iyul - Milli Mətbuat Günü münasibəti ilə Prezident İlham Əliyev bir sıra jurnalisti təltif edib.

Qaziler.az bildirir ki, Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə təltif edilənlər arasında Qarabağ həqiqətlərini dünyaya çatdıran, Azərbaycanın haqq işini daim müdafiə edən litvalı jurnalist Riçardas Lapaitis də var. O, bu gün Milli Mətbuat Günü ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.

Xatırladaq ki, Riçard Lapaytes Beynəlxalq Avrasiya Mətbuat Fondunun hələ 90-cı illərdən Azərbaycana səfərlərini təşkil etdiyi jurnalistlərdən biridir.

Təltif edilən həmkarlarımızı, o cümlədən Azərbaycanın dostu Riçard Lapaytesi təbrik edirik! Qələminiz iti, sözünüz kəsərli olsun!
Diaspora