"Dağıstanda saxlanılan vətəndaşlarla əlaqədar onu qeyd etmək istərdim ki, digər ölkələrin ərazisində olan vətəndaşlar həmin ölkənin qayda-qanunlarına riayət etməlidir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib."Hər hansı bir zorakı xarakter daşıyan addımlardan da çəkinmək çox vacib xarakter daşıyır. Saxlanılan vətəndaşlarla bağlı Azərbaycanın aidiyyəti strukturları Rusiyanın hüquq-mühafizə orqanları ilə təmasdadırlar", - H.Hacıyev bildirib.