“ABŞ əlindən gələni edir ki, regionda sabitliyi pozsun”

“ABŞ əlindən gələni edir ki, regionda sabitliyi pozsun” backend

“İran ABŞ-ın Suriyaya göstərdiyi iqtisadi təzyiqdən narahatdır”.

Qazilər.az-ın APA-ya istinadla verdiyi məlumata görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə bildirib.

“Biz Suriyadakı siyasi və iqtisadi vəziyyətin inkişafından və ABŞ-ın Suriyaya iqtisadi təzyiq göstərməsindən narahatıq. Bu təzyiq sadə insanlara təsir edir. ABŞ əlindən gələni edir ki, bizim regionda və Suriyada sabitliyi pozsun. Lakin onlar öz məqsədlərinə çatmayacaq”, - deyə İran XİN başçısı vurğulayıb.
Diaspora