Ermənistanın keçmiş Baş naziri Armen Darbinyan özünün “Twitter” səhifəsində Nikol Paşinyanı sərt tənqid edib.
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, A.Davidyan Paşinyana səslənərək, “Artıq əyləncə və güc zövqünün bütün mənbəyini tükəndirmisiniz, ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq”- deyib.Bununla yanaşı Darbinyan inqilabı dəstəklədiyini, lakin bunun qara və ağa bölünməsinin tərəfdarı olmadığını qeyd edib. O, Paşinyana inqilabın dəyərlərinə qayıtmağı tövsiyə edib.