Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı-publisist Nəriman Nərimanovun heykəli əsaslı bərpa olunub.
“Report”un yerli bürosu xəbər verir ki, abidənin təmir-bərpası Marneulinin icra başçısı Zaur Darğallının təşəbbüsü ilə həyata keçirilib.Bu gün Z.Darğallı abidəni ziyarət edib.
Bildirilib ki, heykəlin postamentinə N.Nərimanovun adı sabah yazılacaq.
Qeyd edək ki, Marneulidə N.Nərimanovun heykəli 1983-cü ildə ucaldılıb. Həmin vaxtdan abidə üzərində heç bir bərpa işləri aparılmadığından qəzalı və baxımsız vəziyyətdə idi.