ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberger və diplomatik korpusun digər əməkdaşları Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Azvision.az xəbər verir ki, video müraciətdə diplomatlar bayram münasibətilə səmimi təbriklərini çatdırıblar.“ABŞ-ın Azərbaycandakı səfirliyi olaraq hamınızı Ramazan bayramı münasibətilə təbrik edirəm, hər birinizə sülh, səadət və rifah arzulayıram”, - deyə Litzenberger vurğulayıb.