“Minsk Qrupu İlham Əliyevlə Paşinyanı görüşdürməyə hazırlaşır”?

“Minsk Qrupu İlham Əliyevlə Paşinyanı görüşdürməyə hazırlaşır”? backend

"Əldə etdiyimiz məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrləri sonuncu Mnatsakanyan-Məmmədyarov video-konfransında müzakirə olunan yeni Paşinyan-Əliyev görüşünü planlaşdırır”.

Moderator.az xəbər verir ki, Ermənistanın “Hraparakqəzeti bu sətirləri işğalçı ölkə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla yazdığını iddia edir.

"Onlar koronavirusun mümkün zəifləməsini gözləyirlər. Rusiyalı həmsədri görüş daha çox maraqlandırır və bu, tərəfləri daha açıq oyuna çağırır"- mənbə belə deyib.

“Koronavirusla əlaqəli proses davam edərsə, bu dəfə görüşün telefonla baş tutması mümkündürmü?” sualına isə Ermənistan XİN-dəki mənbə belə cavab verib: “Mən belə düşünmürəm. Xüsusilə Tramp “qarşıdan yay gəlir, koronavirus öləcək” -dediyi üçün...”

“Problemlə bağlı Xarici İşlər Nazirliyinə müraciət etmədik, çünki tanış cavab eşidiləcəkdir: “Lazım olduqda görüş barədə qarşılıqlı razılaşdırılmış qaydada məlumat veriləcək" -deyə erməni qəzeti yazıb.

P.S. “Lavrov növbəti başqatma mərasimi planlaşdırır”- desək, yanılmarıq...
Diaspora