Azərbaycan generalı erməniləri niyə qorxuya salıb? – Erməni saytı: Bu, ilk dəfədi baş verir

Azərbaycan generalı erməniləri niyə qorxuya salıb? – Erməni saytı: Bu, ilk dəfədi baş verir backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” variantı barədə söylədikləri Azərbaycan və Ermənistan cəmiyyətində ciddi müzakirəyə səbəb olub.

Ermənistanda müzakirəyə və təlaşa səbəb olan amillərdən biri də Azərbaycan ictimai fikrində torpaqların hərbi yolla azad edilməsinə çağıran ritorikanın artmasıdır.

Moderator.az xəbər verir ki, Ermənistanın müxalif mövqeli “yerkramas” saytında dərc edilən məqlədən də görünür ki, Azərbaycan Prezidentinin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevin son müsahibəsində səsləndirdiyi fkirlər düşmən ölkədə hərbi əməliyyatların hər an başlaya biləcəyi qorxusunu artırıb.

Sözügedən məqalədə deyilir:

“Azərbaycan Prezidentinin köməkçisi, general-polkovnik Məhərrəm Əliyev açıq şəkildə bildirdi ki, “... Ermənistan tərəfi, dağıdıcı davranışına görə bu problemi dinc yolla həll etmək üçün heç bir yol buraxmır ...”. Bu düşüncəni davam etdirərək general deyir: “... Azərbaycan xalqı öz liderinin əmrini gözləyir; işğal altındakı əraziləri azad etmək üçün... “”.

Məqalədə qeyd edilir ki, burada əsas diqqət çəkən məqam ilk dəfə Azərbaycanda yüksək mövqeli dövlət adamının dilindən belə ritorikanın səslənməsidir.

Ermənilər hesab edirlər ki, hazırda Ermənistanı idarə edən populist-avantürist hakimiyyətin zəifliyindən və mövcud beynəlxalq şəraitdən istifadə edən Azərbaycan əraziləri azad etmək üçün hərbi əməliyyatları bərpa edə bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl yayılan müsahibəsində Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyev mövcud şəraiti qiymətlədirərək deyib:

“Azərbaycan xalqı da öz Ali Baş Komandanının verəcəyi əmri gözləyir və hər an işğal altında qalmış ərazilərinin azad olunması üçün səfərbər olmağa hazır olduğunu sərgiləyir... Ermənistanın hərbi-siyasi və diplomatik dairələri qeyd edilən faktları bir daha nəzərdən keçirməli, təhlillərini aparıb, sağlam düşüncə ortaya qoymalıdırlar. Əks halda, Azərbaycanın şanlı Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında düşməni qısa müddətdə məğlub edib, üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıracaq. Bu gerçəkliyə isə kimsənin şübhəsi olmamalıdır”.
Diaspora