"Ukraynada Mixeil Saakaşvili baş nazirin müavini təyin edilsə, Kiyevdəki səfirimizi geri çağıracağıq".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib.Gürcü Arzusu Partiyasının deputatı Rati İonatamişvili isə “İmedi” telekanalına deyib ki, Mixeil Saakaşvili Ukrayna baş nazirinin müavini təyin olunarsa, ikitərəfli münasibətlərə xələl gətirəcək.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidentinə islahatlar üzrə baş nazirin müavini vəzifəsini təklif edib. M.Saakaşvili təklifi müsbət qarşılayıb.