Lavrovun bəyanatından sonra Ermənistanda Xarici İşlər nazirinin istefası tələb edildi

Lavrovun  bəyanatından sonra Ermənistanda Xarici İşlər nazirinin istefası tələb edildi backend

Çox güman ki, bu da Azərbaycanın başını qatmaq üçün növbəti manipulyasiyadır...

Xəbər verildiyi kimi, Ermənistanın daimi strateji müttəfiqi, ATƏT-in Minsk Qrupunun həmsədri, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçılarının bugünkü danışıqlarından öncə danışıqlar masasında Qarabağ münaqişəsinin mərhələli şəkildə tənzimlənməsi ilə bağlı sənədlərin müzakirə olunduğunu bildirib və bu sənədlərin imzalanmasının BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrin həyata keçirilməsi üçün vacib addım olacağını vurğulayıb.

İşğalçı ölkənin siyasi dairələrində Lavrovun bu bəyanatı birmənalı qarşılanmayıb. Hər halda Ermənistan mediasındakı xəbərlərdən belə məlum olur...

Moderator.az xəbər verir ki, erməni nəşrlərindən birinin yazdığına görə, Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyann istefasını tələb edənlər də var.

“Rusiya Xarici İşlər Nazirinin sözləri doğru deyilsə, bu, sadəcə Ermənistan-Rusiya ikitərəfli münasibətlərinin tam şəkildə iflasa uğramasının bir göstəricisidir. Çünki heç bir səbəb olmadan səhv məlumat, dezinformasiya təxribatı təşkil edilmir. Yox, Lavrovun dedikləri doğrudursa, bu, Ermənistanın və Qarabağın milli və dövlət maraqlarının pozulması və bizim öz cəmiyyətimizə yalan danışmaqla məşğul olmağımız deməkdir"-deyə erməni politoloq Karen Bekaryan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, hər iki halda Ermənistan Xarici İşlər naziri istefa verməli və ya vəzifəsindən azad edilməlidir.

"Xarici İşlər Naziri istefa vermir və ya azad edilmirsə, bu, Baş Nazir Paşinyanın bütün bunlara görə birbaşa məsuliyyət daşıyacağını və bundan yaranacaq nəticələrə qatlanacağını göstərir ...",- K. Bekaryan vurğulayıb.

P.S. Çox güman ki, bu da Azərbaycanın başını qatmaq üçün növbəti manipulyasiyadır... Lavrov nə vaxtdan bizim dostumuz olub ki?
Diaspora