Serj Sarkisyanın gizlətdiyi MÜDHİŞ SİRR - “2050-ci ilədək deyə bilmərəm!”

Serj Sarkisyanın gizlətdiyi MÜDHİŞ SİRR - “2050-ci ilədək deyə bilmərəm!” backend

Serj Sarkisyanın Ermənistanda Aprel savaşını araşdıran parlament komissiyasına izahatının şok detalları məlum olub.

Moderator.az-ın məlumatına görə, erməni saytlarının birində bu barədə dərc edilən məqalədə komissiyanın sədri Andranik Köçəryana istinadla bildirilir ki, Sarkisyan bir sıra ümumi məsələlərə geniş aydınlıq gətirsə də, bəzi suallara konkret cavab verməkdən imtina edib.

Serj Sarkisyanın suallara cavab verməkdən imtina etməsini şərtləndirən arqumentləri isə daha qəribə olub. Sarkisyan 2050-ci ilə qədər açıqlaya bilməyəcəyi faktların olduğunu deyib və əlavə edib ki, onun buna ixtiyarı yoxdur.

Onun məhz 2050-ci ili söyləyərək nəyə işarə etməsi müxtəlif versiyaların ortaya çıxmasına səbəb olub.

Versiyalardan biri odur ki, 66 yaşlı Sarkisyan hər halda 96 il yaşayacağına ehtimal vermir və 30 il müddət söyləməklə əslində bu sirlərin onunla qəbrə gedəcəyinə işarə edir.

Digər maraqlı fakt odur ki, Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının bu ölkədə qalması ilə bağlı saziş 2049-cu ilədək qüvədədir. Ehtimallardan biri də odur ki, Sarkisyan Rusiya ilə bağlı olan sirləri onun əsgəri ölkəsində olan müddətdə aça bilməyəcəyinə işarə edib.

Onu da xatırladaq ki, sözügedən sazişin yenilənməsi məhz onun prezidentliyi dövründə, 2011-ci ildə baş verib.
Diaspora