ABŞ Konqresinin bir neçə üzvü Dağlıq Qarabağın separatçı rejiminin yeni qondarma lideri Araik Harutyunyana təbrik məktubu göndərib.
Moderator.az-ın erməni mənbələrinə istinadla əldəyə etdiyi məlumata görə, Konqresin dörd üzvünün imzası ilə göndərilən “təbrik məktubu” Azərbaycanın suverenliyinə və ərazi bütövlüyü hüququna qarşı yönəlmiş çirkin ifadələrlə “zəngindir”.Amerika Konqresinin Erməni Məsələləri Komissiyasının üzvü olduqlarından “qürur duyduqlarını” ifadə edən konqresmenlər Frank Palone, Adam Şiff, Ceki Spayer və Qus Bilirakis 31 mart və 14 apreldə keçirilən “seçkiləri” “demokratiyanın təntənəsi” kimi qiymətləndirərək qeyd ediblər ki, onlar ABŞ dövləti İlə qondarma Dağlıq Qarabağ respublikasının əməkdaşlığı istiqamətində əllərindən gələni edəcəklər.
Konqresmenlər qondarma rejimə bundan sonra da əllərindən gələn dəstəyi göstərcəklərini ifadə ediblər.