Erməni politoloq: “Azərbaycan vəziyyəti bir neçə saat ərzində 180 dərəcə dəyişə bilər”

Erməni politoloq: “Azərbaycan vəziyyəti bir neçə saat ərzində 180 dərəcə dəyişə bilər” backend

“İnternetdə məlumat yayılıb ki, Azərbaycan Silahlı Qüvvələri cəbhə xətti yaxınlığında yerləşən təlim sahələrində artıq 3-4 gündür hərbi təlimlər keçirir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni siyasi ekspert Hayk Xaçikyan bildirib.

O qeyd edib ki, geniş miqyaslı hərbi təlim təəssüratı yarana bilər, lakin təlim geniş miqyaslı deyil.

“Cəbhə xətti yaxınlığındakı uçuşlara gəlincə, bənzər şey məlum deyil. Əlbəttə, Azərbaycan Müdafiə Nazirliyi təlim uçuşları həyata keçirdiklərini bildiriblər, bənzər şeylər mütəmadi olaraq edilir. “Smerç”in tətbiq olunması ilə bağlı deyə bilərəm ki, son günlərdə mənə “Smerç”in cəlb olunmasının yalnız bir halı məlumudur, o da Naxçıvanda. Geniş miqyaslı hərbi təlim deyil, lakin Azərbaycan vəziyyəti bir neçə saat ərzində 180 dərəcə dəyişə bilər”, - deyə Xaçikyan bildirib.
Diaspora