“Ordumuzda koronavirus var deyə gücümüzü sınamağa çalışmayın” – Peşman olarsınız!

“Ordumuzda koronavirus var deyə gücümüzü sınamağa çalışmayın” – Peşman olarsınız! backend

ABŞ-ın Baş Qərargah rəisləri birliyinin rəhbəri general Mark Milley ölkəsinin düşmənlərinin ünvanına xəbərdarlıq səsləndirib.

Moderator.az xəbər verir ki, Amerika ordusunda koronavirus xəstəliyinin yayılmasını fürsət kimi dəyərləndirən və amerikan ordusunu gücünü sınamağa çalışanların peşman olacağını bildirən M.Milley, ordusunun hər zamankı kimi güclü olduğunu söyləyib. General qeyd edib ki, əgər kimsə ABŞ ordusuna hücum kimi xam xəyala düşərsə, “dəhşətli səhvə” yol verdiyi anlamaq üçün o qədər də çox vaxta ehtiyacı olmayacaq.

M.Milleyin sözlərinə görə, Amerika ordusu koronavirus mühitində fəaliyyətə uyğunlaşdırılmaqdadır. Generalın sözlərinə görə, xəstəliyin hələ nə qədər davam edəcəyi bəlli olmadığı üçün yeganə çıxış yolu yeni şəraitə uyğunlaşmaqdır.

M.Milley 2 milyon əsgərdən sadəcə 2 min nəfərə qədər şəxsin koronavirusa yoluxduğunu, bunun ABŞ ordusunun zərbə gücünə hər hansı şəkildə təsir göstərmədiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Milli Qvardiyasının 381 üzvü də koronavirus xəstəliyinə yoluxub.
Diaspora