Lukaşenko bütün planetlə məzələnir.
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.“Əksər ölkələrdə idman tədbirlərinin keçirilməsinə sərt qadağalar qoyulub, çempionatlar dayandırılıb, amma Belarusda hər kəs stadiondadır. Ölkədə koronavirusdan ölənlər var. Belə olmaz, Aleksandr Qriqoryeviç. Belə çıxır ki, bütün dünya axmaqdır, təkcə siz ağıllısız”, - Jirinovski bildirib.