Azərbaycan və Rusiya yeni helikopterlərin alqı-satqısına dair danışıqlar aparır.
Bu barədə “AzeriDefence”ə ekskliziv olaraq “Rusiya Vertolyotları” şirkətindən məlumat verilib.Hazırda tərəflərin müzakirə masasında Ka-226 və Mi-17V-5 hərbi və “Ansat” helikopterinin təcili tibbi yardım üçün konfiqurasiya olunmuş versiyasına baxılır.
Cari ilin sonuna qədər tərəflər arasında alqı-satqı müqaviləsinin imzalanması nəzərdə tutulur.
Bununla yanaşı, tərəflər birlikdə 2020-ci ilin sonlarından etibarən Azərbaycanda Mi-8/Mi-17 helikopterlərinin müasirləşdirməsi layihəsinə başlayacaqlar.