Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib."Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkilərini qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik", - paylaşımda bildirilib.