“Erməni cəmiyyətində belə bir mif yayılır ki, guya Rusiya və dünya Ermənistana hücum edilməsinə imkan verməyəcək, guya Türkiyə və Azərbaycan Ermənistan üçün heç bir təhlükə yarada bilməz. Amma əslində bu, belə deyil...”
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu sözləri işğalçı ölkə politoloqu Yervand Bozoyan “Rusiya-Türkiyə münasibətlərinin hazırkı mərhələsi və onların Qarabağa mümkün təsiri: inkişaf ssenariləri” mövzusunda müzakirə zamanı söyləyib.Qarabağ məsələsində Türkiyənin təsirinə gəlincə, politoloq qeyd edib ki, bu, Türkiyənin Rusiyanı qurşaqdan aşağı vura biləcəyi zəif həlqədir.
"Türkiyənin Azərbaycanın əli ilə müharibəyə başlayacağı bir situasiya var"- deyə Bozoyan bildirib.