Azərbaycanın Yaponiya və Çexiyada yeni səfirləri təyin olunub

Azərbaycanın Yaponiya və Çexiyada yeni səfirləri təyin olunub backend

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyaya yeni səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.

Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qaziler.az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Diaspora