Azərbaycan-Türkmənistan sənədləri imzalanıb

Azərbaycan-Türkmənistan sənədləri imzalanıb backend

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkmənistanın "Türkmənhavayolları" Agentliyi arasında Protokol”u "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov və Türkmənistanın "Türkmənhavayolları" Agentliyinin sədri Dovran Saburov imzaladılar.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq haqqında Saziş"i "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzaladılar.

"Azərbaycan Milli Kitabxanası ilə Türkmənistan Mədəniyyət Nazirliyinin Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Kitabxanası arasında kitabxana işi sahəsində Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzaladılar.

"Bakı Dövlət Universiteti ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Protokol"u Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov və Türkmənistanın Təhsil naziri Mammetmırat Geldinıyazov imzaladılar.

Rabitə operatorları "AzərTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Türkməntelekom" Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın "Türkmen Aragatnaşyk" Agentliyinin sədri Xadjımırat Xudayqulıyev imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın " Türkmen Aragatnaşyk" Agentliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın "Türkmen Aragatnaşyk" Agentliyinin sədri Xadjımırat Xudayqulıyev imzaladılar.

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Protokol"u Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Qorunması naziri Maqtımqulı Bayramdurdıyev imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Qorunması naziri Maqtımqulı Bayramdurdıyev imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Xarici İşlər naziri Raşid Meredov imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahəsinin ayrılması haqqında Saziş"i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Xarici İşlər naziri Raşid Meredov imzaladılar.

"Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Təhsil naziri Mammetmırat Geldinıyazov imzaladılar.

"Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dillər, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzaladılar.

"Azərbaycan Respublikasında İxracın və İnvestisiyaların Təşviqi Fondu və Türkmənistanın Ticarət-Sənaye Palatası arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov imzaladılar.

"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov imzaladılar.

"2008-ci il 19 may tarixli Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol"u Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Bayramgeldi Ovezov imzaladılar.
Diaspora