“Türkiyə Qarabağda Rusiya təsirini azaltmaq üçün...” - Açıqlama

“Türkiyə Qarabağda Rusiya təsirini azaltmaq üçün...” - Açıqlama backend

Türkiyə anlayır ki, Rusiyanın onun sərhədlərinə qədər müdaxilə imkanları Ermənistan vasitəsilə mümkündür.

Bu baxımdan mənə elə gəlir ki, Türkiyə həm türk dünyasında liderlik, həm də özünü mümkün təhdidlərdən sığortalamaq məqsədilə Qarabağda Rusiya təsirini azaltmaqda maraqlıdır. Strateji hədəflənmə göstərir ki, Türkiyə Rusiyanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqe tutmasını istəyir. Regionda stabillik, ədalətlin sülhün əldə olunması Rusiyadan fərqli olaraq, Türkiyənin maraqlarına cavab verir.

Bu sözləri Teleqraf.com-a “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Türkiyənin Dağlıq Qarabağ konfliktində fəallaşmasının səbəbləri haqqında danışarkən deyib.

Müsahibimiz qeyd edib ki, Türkiyə atdığı addımlarla bağlı Azərbaycanla da məsləhətləşir:

“Türkiyə-Ermənistan sərhədlərin açılması məsələsinə baxdıqda, həm Azərbaycan, həm də Türkiyənin özündə buna çoxsaylı insanlar etiraz edib: “Açığı, mənim fikrimcə, Türkiyənin Qafqaza yaxınlaşması üçün bütün vasitələr və şanslar tanınmalıdır. Onsuz da regionun ən böyük enerji layihələri Azərbaycan və Gürcüstan üzərindən Türkiyə ilə qurulub. Türkiyənin Rusiya ilə müvəqqəti olsa da, indiki dönəmdə müttəfiqliyi onun bu region üçün ciddi dövlət olduğunu masaya qoydu. Təsadüfi deyil ki, Suriyada məlum olayların qızğın vaxtında Dağlıq Qarabağ məsələsi Ankaranın yadına düşür. Azərbaycanda 10 milyon insan var. 35 milyon insan da Arazın o tayındadır. Bunların hamısı bir atanın və ananın övladlarıdır. İnsan resursu düzgün yönəldilməlidir. Hesab edirəm ki, bu istiqamətdə də Türkiyə düzgün siyasət yürüdür”.
Diaspora