Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşündən sonra kameralar qarşısına keçərək mətbuat konfransı keçirilib.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, mətbuat konfransındakı çıxışında Ərdoğan saat 00:01-dən başlayaraq İdlibdə atəşkəsin elan ediləcəyini açıqlayıb.Əldə edilən razılaşmaya görə rejim qüvvələri atəşkəsi pozduğu halda Türkiyə bütün hədəfləri dərhal vurma haqqını əlində saxlayıb.
Ərdoğan çıxışında bunları söyləyib:
“Əvvəlcə, hörmətli Putinə dəvətindən dolayı təşəkkür edirəm. Gərginliyin yaşandığı zamanlarda görüşməkdən məmnuniyyət duyuram. Təqribən 6 saatlıq bir görüşümüz oldu. Həmin zaman içərisində müxtəlif məsələləri təfsilatlı müzakirə etdik. Bölgəyə qarşı həyata keçirilən hücumların qarşısının alınması üçün lazımi tədbirlər görüşləcək. Rejim qüvvələri ötən ilin may ayından bu yana davamlı atəşkəsi pozub. Bunun səbəbkarı ilk olaraq rejimdir.
Türkiyə bu müddət ərzində rejimin həyata keçirəcəyi hücumlara cavab vermə haqqına malikdir”.
Qazilər.az Ərdoğanın mətbuat konfransındakı çıxışını təqdim edir:
Firuzə Alimova