“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı bir sıra sənədlərin imzalanması gözlənilir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.“İndiyə kimi imzalanacaq bir neçə sənədlərlə bağlı razılıq əldə edilib. Bunlardan iqtisadi və hərbi sahələrlə bağlı sənədləri vurğulamaq istərdim”, - Türkiyə səfiri vurğulayıb.