İşğalçı ölkənin səfirinin bu cür mövqeyi yersizdir - Denisova

İşğalçı ölkənin səfirinin bu cür mövqeyi yersizdir - Denisova backend

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova “Silahlı münaqişə şəraitində uşaq hüquqlarının qorunması” mövzusunda Kiyevdə keçirilən beynəlxalq tədbirdə Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanın mövzudan kənar və yersiz çıxışına münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Lyudmila Denisova tədbirin bağlanış mərasimindəki çıxışında bu məsələyə toxunaraq deyib: “Azərbaycan nümayəndə heyətinin mövzu ətrafında çıxışı zamanı Ermənistanın Ukraynadakı səfirinin təhrif olunmuş bəyanatı yolverilməzdir. Azərbaycanın ərazilərinin bir hissəsini işğal etmiş ölkənin səfirinin bu cür mövqeyi yersizdir”.
Diaspora