İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
***
saat 12:28
İran Prezidenti Həsən Ruhani Azərbaycana səfərə yola düşüb.
APA-nın xəbərinə görə, İran Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gəlir.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.