Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp 18 oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, səfir təbrik çıxışını Azərbaycan dilində səsləndirib:"Dövlət Müstəqilliyi günü münasibətilə Azərbaycan xalqına təbrik edirəm. Böyük Britaniya Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, ona firavanlıq arzulayır".