İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə Ə. İmamoğlu “Twitter”də bildirib.“Azərbaycanın dövlət müstəqilliyi gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə belə müstəqil və azad illər arzulayıram”, - deyə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vurğulayıb.