İlham Əliyevdən üç ölkəyə yeni səfir təyinatı

İlham Əliyevdən üç ölkəyə yeni səfir təyinatı backend

Cəlal Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Qaziler.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, Anar Xeybər oğlu Hüseynov isə Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfirləri təyin ediliblər.
Diaspora