Millət vəkili Qənirə Paşayeva Daşkənddə “Mukimi adına Dövlət Musiqi teatrı”nda açılış mərasimində iştirak edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Qənirə Paşayevanın Özbəkistana səfəri çərçivəsində paytaxtın mərkəzində yerləşən Özbəkistan xalqının böyük şairi Əlişir Nəvainin heykəlinin qarşısında gül qoyma mərasimi olub.Qaziler.az xəbər verir ki, sonra isə Azərbaycandan gəlmiş nümayəndə heyyəti millət vəkili Qənirə Paşayeva ilə birgə “Mukimi adına Dövlət Musiqi teatrı”nda görüş keçirmişdilər. İlk öncə Musiqi teatrıının rəhbərliyi Qənirə Paşayeva ilə görüşmüş, sonra isə özbək dramaturqu Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin əsasında hazırlanmış tamaşaya baxış olub.
Açılış mərasimində iştirak etmiş Mukimi adına Dövlət Musiqi teatrının rəhbəri Mirzə Əzizov çıxış edərək qonaqları salamlayıb, onlara öz ürək sözlərini çatdırmış və sözü çıxış üçün Millət vəkili Qənirə Paşayevaya verib. Deputat Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən danışmış, bu əlaqələrin qədim tarixi, bu günkü vəziyyəti, iki xalqın arasındakı tarixi dostluq, xüsusi ilə XX əsrdə Azərbaycan maarifçilərinin Özbəkistana səfərləri və teatr sahəsində Azərbaycan maarifçilərinin Özbəkistana təsirləri haqqında geniş mövzuda çıxış edib.
Qənirə Paşayeva öz çıxışında qeyd edib ki, 1916-cı ildə Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycanın tanınmış teatr xadimləri Özbəkistanda dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərini səhnəyə qoymuşdurlar. Bu hadisə iki xalqın dostluğunu bir daha da tərənnüm etmişdir. Sovet dövründə Azərbaycan və Özbəkistan arasinda “Mədəniyyət günləri” dekadaları keçirilib. Müstəqillik əldə edildiyindən sonra da iki ölkə arasındakı mədəni əlaqələr uğurla davam edib.
Daha sonra, millət vəkili Qənirə Paşayeva Özbəkistan tərəfinə azərbaycan suvenirləri və yeni nəşr olunmuş “Azərbaycan-özbək, özbək-azərbaycan luğəti”ni hədiyyə edib.
Açılış mərasimində Özbəkistandaki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da çıxış edib. O, iki tərəfli əlaqələrin inkişafında mədəniyyət sahəsinin rolundan danışmış və tamaşaya qoyulacaq Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərini Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilinə də tərcümə olunduğunu bildirib.
Mədəniyyətin iki tərəfli əlaqələrində mühüm bir vasitə olduğunu bildirən Mərkəzin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son zamanlar çoxsaylı layihələrinin həyata keçirilməsini və qarşılıqlı olaraq teatr sahəsində də gələcəkdə bir sıra əməkdaşlıq layihələrinin həyata keçiriləcəyini bildirib.
Sonda Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin təqdimat mərasimi olub.