İraq Respublikasının prezidenti Fuad Məsum prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibəti ilə təbrik məktubu göndərib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir.
Zati-aliləri,Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost Azərbaycan xalqına rifah və xeyir-bərəkət arzu edirəm. Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri İraq və Azərbaycan xalqlarının mənafeyi naminə daha da möhkəmlənəcək.
Həmçinin, Polşa prezidenti Bronislav Komorovski, Nepal prezidenti Ram Baran Yadav, Kot d`İvuarın prezidenti Alasane Ouattara, Monqolustanın prezidenti Saxiaqiyn Elbeqdorj, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Estoniya Respublikasının prezidenti Tomas Hendrik İlves, Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliyev, Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç də prezident İlham Əliyevə təbrik məktubu göndərib.